Kolumbiya rəsmiləri "Liverpool" futbolçusunun atasının üsyançılar tərəfindən qaçırıldığını bildirib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Luis Diazın valideynləri oktyabrın 28-də qaçırılıb. Futbolçunun anasını demək olar ki, dərhal azad edilib, lakin atasını bir neçə gün dağlarda axtarıblar. Nəticədə hökumət nümayəndə heyəti Milli Azadlıq Ordusunun üsyançıları ilə danışıqlar apardığını elan edib.
"Liverpul"un və Kolumbiya millisinin hücumçusu Luis Diazın atasının qaçırılmasına görə məsuliyyət sol üsyançı Milli Azadlıq Ordusu (ELN) qruplaşmasının üzərinə düşüb. Bunu oğrularla danışıqlar aparan hökumət nümayəndə heyəti bildirib.
Diazın valideynləri oktyabrın 28-də Venesuela ilə sərhədə yaxın Barrankas şəhərində qaçırılıb.
Polis onun tapılmasına kömək edəcək məlumat üçün 48 min dollar mükafat elan edib.