Bakıda keçmiş məhkumlar 20 min manatlıq armatur oğurlayıb

14:35 - 2 Noyabr 2023 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin iyul-oktyabr ayları ərzində 20.000 manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

“Report” xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti