23 yaşlı sürücü ağır qəza törətdi, anası öldü

10:11 - 2 Noyabr 2023 - HADİSƏ

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü Emil Astanov sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi “VAZ- 21063” markalı avtomobili yol kənarındakı binaya çırpıb. Nəticədə sürücünün anası, 1959-cu il təvəllüdlü Aybəniz Astanova ağır xəsarətlər alıb. O, Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti