Azərbaycan KİV-lərinə 65 milyon manat subsidiya veriləcək

20:31 - 1 Noyabr 2023 - MEDİA

2024-cü ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya vəRadio Verilişləri” QSC-nin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64,9 milyon manat maliyyə yardımı (subsidiya) nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,2 % çoxdur. Artım əsasən AZTV-nin vergi öhdəlikləri üzrə xərclərlə bağlıdır.

Xəbər xətti