Bakı sakini tapança ilə qətlə yetirilib, cinayət işi başlanılıb -  YENİLƏNİB

18:57 - 1 Noyabr 2023 - HADİSƏ

Noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

17:50

Daxili İşlər Nazirliyi Şağanda 53 yaşlı kişinin güllələnməsi ilə bağlı məlumat yayıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

17:02

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcək. 

Xəbər xətti