Oktyabr ayında Rusiyadan Hindistana neft idxalı kəskin azalıb.
Ucnoqta.az-ın məlumatına görə, Bloomberg bu barədə Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər verir.
Ay ərzində dəniz yolu ilə Rusiya neftinin ən böyük alıcısına tədarüklər sutkada 1,58 milyon barelə qədər azalıb ki, bu da sentyabr ayı ilə müqayisədə 11 faiz azdır. Hindistanın Reliance Industries holdinqinin 2022-ci ilin payızından bəri ən az miqdarda xam neft almasına səbəb Camnaqardakı neft emalı zavodunda planlaşdırılan təmir işləri olub.