Bakıda 35 yaşlı qadın dava zamanı ölüb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 21 ünvanında qeydə alınıb.
1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində qonşuları-1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və qızı 1987-ci il təvəllüdlü Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib. Həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.