Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 m² olan çay evinin mətbəxinin yanar konstruksiyaları 5 m² sahədə, dəhlizə quraşdırılan 1 ədəd elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb.
Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.
Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;