Masazırda həmyerlilərini bıçaqlayan Pakistan vətəndaşı tutulub

11:16 - 31 Oktyabr 2023 - HADİSƏ

Oktyabrın 30-da saat 21:30 radələrində bir nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, bir nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla bir nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

İbtidai istintaq davam etdirilir.

Xəbər xətti