Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Qəzza zolağının şimalında Əl-Qüds xəstəxanası ətrafındakı əraziyə hava hücumlarının davam etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın X sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.
Qeyd edilir ki, İsrail hərbçiləri Qəzzada Əl-Qüds xəstəxanasının yerləşdiyi əraziyə davamlı olaraq artilleriya və hava zərbələri endirirlər.