Ucnoqta.az
www.ucnoqta.az

Qəzzada xəstəxana ərazisinə raket zərbələri endirilib

08:06 - 31 Oktyabr 2023 tarixində dərc olunub.

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Qəzza zolağının şimalında Əl-Qüds xəstəxanası ətrafındakı əraziyə hava hücumlarının davam etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın X sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, İsrail hərbçiləri Qəzzada Əl-Qüds xəstəxanasının yerləşdiyi əraziyə davamlı olaraq artilleriya və hava zərbələri endirirlər.

Müəllif: Ucnoqta.az redaksiyası