ARB TV-nin yeni mövsümündə start götürən "Gizli yara" serialının 4-cü bölümünün anonsu yayılıb.
Ucnoqta.az xəbər verir ki, rejissoru Kənan MM, baş prodüsseri tanınmış aparıcı Xoşqədəm Hidayətqızı olan serialda Kəmalə Müzəffər, Mətanət Atakişiyeva, Rüstəm Rüstəmov, Tural Əhməd və digərləri çəkilib.
Serialda qardaşının sevdiyi qızla nişanlanan Cəlal obrazını Kənan MM canlandırıb.
Serial dördüncü bölümü noyabrın 3-də saat 19:00-da efirdə yayımlanacaq.