Vanda Nara ağır xəstəliyi haqqında açıqlama verdi

13:59 - 30 Oktyabr 2023 - Mədəniyyət

"Qalatasaray"ın ulduzu İkardinin həyat yoldaşı və meneceri Vanda Nara xəstəliyi ilə bağlı ilk dəfə danışıb.

Ucnoqta.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhhətində problem olan və uzun müddət bu haqda danışmaqdan yayınan Nara leykoz xəstəliyinə tutulduğunu açıqlayıb.

"Mən leykoz xəstəsiyəm. Əvvəlcə "məndə nəsə var" deyirdim. Sonra bunu xəstəlik adlandırmağı bacardım. İndi adını qoydum. Xəstəliyin gedişindən asılı olaraq dəyişən müalicə alıram. Hər həftə nəticələri götürməyə gedəndə nəfəsim kəsilir", - o bildirib.

Qeyd edək ki, səhhəti günü-gündən yaxşılaşan Vanda Nara ölkəsi Argentinada yerləşən "Fundaleu" adlı ixtisaslaşdırılmış hematoloji mərkəzdə müalicə alır.

Xəbər xətti