Gələn ilin dövlət büdcəsində azalma proqnozlaşdırılıb

13:50 - 30 Oktyabr 2023 - İQTİSADİYYAT

2024-cü il dövlət büdcəsinin gəlirləri üzrə əhəmiyyətli dəyişiklik proqnozlaşdırılmayıb. Qanun layihəsində gəlir mənbələrindən 15-i artımla, 5 -i isə azalma ilə nəzərdə tutulub.

Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

2024-cü il üçün DVX xətti ilə təmin edilməli neft sektorundan hüquqi şəxslərin mənfəət vergisinin əhəmiyyətli dərəcədə az proqnozlaşdırılmasının dövlət büdcəsinin gəlirlərinin azalmasına təsirinin minimallaşdırılması, Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertin, eləcə də ƏDV, səhmlərinin dövlətin payı olan müəssisələrdən alınan dividentlərin və aksizlərin artırılması hesabına təmin edilməsi nəzərdə tutulub.

Xəbər xətti