Oktyabrın 28-də 2023-cü ilin son Ay tutulması hadisəsi baş verəcək.
Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Bu tutulma qismən Ay tutulması olacaq.
Tutulma saat 22:01-də başlayacaq, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.
Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.