Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə edir
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen deyib. Aİ G7 ilə əməkdaşlıq çərçivəsində qəbul edilməli olan Rusiya almazlarının ixracına qadağa da daxil olmaqla 12-ci sanksiyalar paketini müzakirə edir.
Avropa Komissiyası yaxın vaxtlarda Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən 211 milyard avro vəsaitin Kiyevin maliyyələşdirilməsi üçün necə istifadə edilməsi ilə bağlı təkliflər təqdim edəcək.