Ucnoqta.az
www.ucnoqta.az

Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə edir

17:12 - 27 Oktyabr 2023 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə edir

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen deyib. Aİ G7 ilə əməkdaşlıq çərçivəsində qəbul edilməli olan Rusiya almazlarının ixracına qadağa da daxil olmaqla 12-ci sanksiyalar paketini müzakirə edir.

Avropa Komissiyası yaxın vaxtlarda Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən 211 milyard avro vəsaitin Kiyevin maliyyələşdirilməsi üçün necə istifadə edilməsi ilə bağlı təkliflər təqdim edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası