Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 560 rus işğalçısını məhv edib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, düşmənin 24 fevral 2022-ci ildən 27 oktyabr 2023-cü il tarixədək şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 297 min 680 nəfər təşkil edib.
O cümlədən, gün ərzində daha dörd tank (cəmi 5145 ədəd), 11 zirehli döyüş maşını (9726), 7 artilleriya sistemi (7162), 6 ədəd avtomobil avadanlığı və sistern, 1 ədəd xüsusi texnika (1011) və bir ədəd əməliyyat-taktiki PUA məhv edilib.