Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada itkiləri açıqlanıb

10:53 - 27 Oktyabr 2023 tarixində dərc olunub.

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 560 rus işğalçısını məhv edib.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, düşmənin 24 fevral 2022-ci ildən 27 oktyabr 2023-cü il tarixədək şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 297 min 680 nəfər təşkil edib.

O cümlədən, gün ərzində daha dörd tank (cəmi 5145 ədəd), 11 zirehli döyüş maşını (9726), 7 artilleriya sistemi (7162), 6 ədəd avtomobil avadanlığı və sistern, 1 ədəd xüsusi texnika (1011) və bir ədəd əməliyyat-taktiki PUA məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası