Daha 95 nəfər Ağalıya köçürüldü

11:44 - 26 Oktyabr 2023 - ÖLKƏ İÇİ

Oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

Ucnoqta.az xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar işğal dövründə tamamilə  dağıdılan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.

Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

İndiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 150 ailə, 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Xəbər xətti