Oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.
Ucnoqta.az xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar işğal dövründə tamamilə dağıdılan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.
Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
İndiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 150 ailə, 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.