Qadın müəllimi öldürənə hökm oxundu

15:58 - 25 Oktyabr 2023 - ÖLKƏ İÇİ

Lökbatanda qadın müəllimin qətlində ittiham olunan Orxan Novruzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, O.Novruzov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il mayın 27-də baş verib. Həmin gün fərdi yaşayış evində yanğın olub və orada yaşayan 62 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyiti aşkar edilib. Əməliyyat tədbirləri zamanı hadisənin Orxan Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən Xuraman Həsənova 139 saylı orta məktəbin ibtidai sinif müəllimi olub.

Xəbər xətti