İran ən azı 300 MVt gücündə Karun adlı yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami İRNA-ya deyib.
Qeyd olunur ki, Qərbi Azərbaycan əyalətində radioaktiv materialların çıxarılmasına ən azı 5 milyard dollar sərmayə qoymağı planlaşdırırıq, həmçinin burada yeni Karun atom elektrik stansiyasının tikintisinə başlanılıb. Onun gücü ən azı 300 meqavat olacaq.