Ucnoqta.az
www.ucnoqta.az

İran yeni "Karun" AES-nin tikintisinə başlayıb

12:14 - 25 Oktyabr 2023 tarixində dərc olunub.

İran ən azı 300 MVt gücündə Karun adlı yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami İRNA-ya deyib.

Qeyd olunur ki, Qərbi Azərbaycan əyalətində radioaktiv materialların çıxarılmasına ən azı 5 milyard dollar sərmayə qoymağı planlaşdırırıq, həmçinin burada yeni Karun atom elektrik stansiyasının tikintisinə başlanılıb. Onun gücü ən azı 300 meqavat olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası