Litva ABŞ-dan 94 milyon avroya orta mənzilli raketlər alacaq

17:23 - 24 Oktyabr 2023 - DÜNYA

Litva ABŞ-dan 94 milyon avro dəyərində müqavilə əsasında orta mənzilli raketlərin bir partiyasını alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

"AMRAAM raketləri əvvəllər əldə etdiyimiz NASAMS [SAM] sistemləri üçün nəzərdə tutulub. Bu müasir silahlar bizim müdafiə qabiliyyətimizi gücləndirəcək", - hərbi idarənin rəhbəri Arvydas Anusauskas qeyd edib.

Vilnüs AIM-120C-8 (AMRAAM) tipli 36 orta mənzilli raket alacaq. 

Xəbər xətti