Ukraynada yerüstü kamikadze robot yaradılıb
Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hərbçilər ondan tank əleyhinə minalar daşıyan mobil döyüş başlığı və ya döyüş modulu kimi istifadə edirlər.
Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Fedorovun sözlərinə görə, texnologiya sayəsində təhlükəsiz yerdən olan operator düşmən tankını və ya sığınacağını partlada bilər.
Avtomobilin maksimal sürəti 24 kilometr, istifadə diapazonu isə 6 kilometrdir.