Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Koreya Respublikasının ticarət naziri Ahn Dokgungun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan İrəvanda aparılan danışıqların iqtisadi qarşılıqlı fəaliyyətə, biznes əlaqələrinin genişləndirilməsinə yeni təkan verəcəyinə və müxtəlif istiqamətlərdə investisiya proqramlarının həyata keçirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Koreya Respublikasının ticarət naziri rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iş adamlarının və müxtəlif təşkilatların nümayəndələrinin də olduğunu, Koreya tərəfinin enerji, infrastruktur, yüksək texnologiyalar sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.