Çində 5,5 bal gücündə zəlzələ baş verib

16:27 - 24 Oktyabr 2023 - DÜNYA

Çinin şimal-qərbindəki Qansu əyalətində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, mənbə 10 km dərinlikdə yerləşir. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti