Çin prezidenti Si Cinpin Çinin keçmiş xarici işlər naziri Qin Qanqın Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü vəzifəsindən kənarlaşdırılması haqqında fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qin Qang 2022-ci ilin dekabr ayının sonunda Çin Xarici İşlər Nazirliyinin rəhbəri olub. İyulun sonunda o, Ümumçin Xalq Nümayəndələri Yığıncağı (parlament) Daimi Komitəsinin qərarı ilə Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü postunu saxlayaraq vəzifəsindən kənarlaşdırılıb.