Tayvanın Yilan qraflığında tuneldə 16 avtomobilin toqquşması nəticəsində azı 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvanın Sanli telekanalı məlumat yayıb.
Məlumata görə, insident yük maşınının yüksək sürətlə tunellə hərəkət edən avtomobil karvanına çırpılması zamanı baş verib. Bildirilir ki, yük maşınının sürəti təxminən 75 km/saat olub, tuneldən maksimum icazə verilən sürət isə 40 km/saat olub.
İştirak edən avtomobillər arasında həm minik, həm də yük maşınları olub. Zərərçəkənlərdən birinin ağır yaralandığı da qeyd edilir.
Araşdırma aparılır.