Fələstinin radikal HƏMAS hərəkatı Qərb və bütün sivilizasiya üçün “sınaq”dır.
Ucnoqta.az xəbər verir ki, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
"HƏMAS Qərb və sivilizasiya üçün bir sınaqdır. Əgər HƏMAS məğlub olsa, HƏMAS uduzsa, sivilizasiyanın qələbəsi olacaq. Bu, Avropanın döyüşüdür, bu döyüşdür. Amerikanın, bu sivilizasiyanın döyüşüdür, bu, Yaxın Şərqin və dünyanın qalan hissəsinin ürəyi, ruhu və gələcəyi üçün döyüşdür" - Netanyahu vurğulayıb.