Avropa Komissiyası növbəti tranşı Kiyevə köçürüb

14:17 - 24 Oktyabr 2023 - DÜNYA

Avropa Komissiyası Kiyevə 1,5 milyard avro məbləğində büdcə yardımının növbəti aylıq tranşını göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS AK-nin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro makromaliyyə yardımı köçürüb.

Qeyd olunur ki, hazırda Qərbin ümumi yardımının həcmi 83 milyard avroya çatıb. Avropa İttifaqından bu vəsaitlər Kiyevin dövlət büdcəsini hər ay doldurmaq üçün istifadə olunur və Avropa Sülh Fondunun 500 milyon avroluq tranşına heç bir aidiyyəti yoxdur. 

Xəbər xətti