İsraildə həlak olan rusların sayı arta bilər
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fələstin-İsrail münaqişəsi nəticəsində həlak olan ruslarla bağlı məlumatların dəyişə biləcəyini istisna etməyib. Peskov bildirib ki, çünki həqiqi müharibə gedir.
"Eyni zamanda, başa düşürsünüz ki, orada vəziyyət gərginliyini saxlamaqda davam edir, bu, əsl müharibədir. Ona görə də yeni rəqəmləri istisna etmək olmaz", - o əlavə edib.