İranın vitse-prezidenti Moskvaya gedib

12:00 - 24 Oktyabr 2023 - DÜNYA

İran prezidentinin elm və texnologiya üzrə vitse-prezidenti Ruhullah Dehqani Firuzabadi Moskvaya gəlib və burada Rusiya prezidentinin köməkçisi Andrey Fursenko ilə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin Telegram-kanalında dərc olunan mesajda deyilir. İranın vitse-prezidentini Şeremetyevo hava limanında İranın Moskvadakı səfiri Kazem Cəlali qarşılayıb.

İranın Elm və Texnologiya üzrə vitse-prezidenti Ruhullah Dehqani Firuzabadi aidiyyəti orqanlarla görüşmək və Rusiya ilə elm və təhsil sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək üçün bu gün nümayəndə heyətinin başında Rusiyaya səfər edib.

Xəbər xətti