Somali Silahlı Qüvvələri ölkənin cənub-qərbindəki Bakool bölgəsində “Əş-Şəbab” terror qruplaşmasının silahlılarına qarşı əməliyyat keçirərək El Bun kəndini azad edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Somali ordusunun 60-cı diviziyasının komandiri Onkod Moalim Adana istinadən Somali teleradio şirkəti Shabelle Media Network məlumat yayıb.
Somali ordusunun əsgərləri silah anbarları və maşınları ələ keçirib. Tərəflərin itkiləri barədə məlumat verilmir.