Ucnoqta.az
www.ucnoqta.az

Somali ordusu "Əl-Şəbab" silahlılarını Əl-Bun şəhərindən çıxarıb

10:32 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

Somali Silahlı Qüvvələri ölkənin cənub-qərbindəki Bakool bölgəsində “Əş-Şəbab” terror qruplaşmasının silahlılarına qarşı əməliyyat keçirərək El Bun kəndini azad edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Somali ordusunun 60-cı diviziyasının komandiri Onkod Moalim Adana istinadən Somali teleradio şirkəti Shabelle Media Network məlumat yayıb.

Somali ordusunun əsgərləri silah anbarları və maşınları ələ keçirib. Tərəflərin itkiləri barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az redaksiyası