Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın 400-dən çox hədəfini vurub
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin Telegram-kanalında məlumat verilib. Məlumata görə, nəticədə Fələstin hərəkatının bir neçə komandirini öldürüb.
“Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri 400-dən çox terrorçu hədəfə zərbələr endirib və HƏMAS-ın bir neçə komandiri və hücumlar hazırlayan çoxlu sayda yaraqlını məhv edib”, - açıqlamada deyilir.