Ucnoqta.az
www.ucnoqta.az

İsrail HƏMAS-ın 400-dən çox hədəfini vurub

08:38 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın 400-dən çox hədəfini vurub

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin Telegram-kanalında məlumat verilib. Məlumata görə, nəticədə Fələstin hərəkatının bir neçə komandirini öldürüb.

“Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri 400-dən çox terrorçu hədəfə zərbələr endirib və HƏMAS-ın bir neçə komandiri və hücumlar hazırlayan çoxlu sayda yaraqlını məhv edib”, - açıqlamada deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası