İsrailin hazırlaşdığı müharibənin yeni mərhələsi havadan, qurudan və dənizdən kompleks hücumu əhatə edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Nazir HƏMAS-a qarşı hərbi əməliyyatının üç əsas mərhələdə baş tutacağını açıqlayıb.
“Hazırda iştirak etdiyimiz hərbi əməliyyatın birinci mərhələsi HƏMAS-a qalib gəlmək və məhv etmək üçün yaraqlıları öldürmək və onların infrastrukturunu sıradan çıxarmaq məqsədi daşıyan hava hücumları və yerüstü manevrləri əhatə edir”, – nazir qeyd edib.
Nazir qeyd edib ki, ikinci mərhələdə hərbi əməliyyatlar davam edəcək, lakin daha az intensivliklə, üçüncü addım isə bu sahil anklavında yeni təhlükəsizlik rejiminin yaradılması olacaq.