Ucnoqta.az
www.ucnoqta.az

Müharibənin yeni mərhələsi kompleks hücumu əhatə edəcək - Yoav Qalant

20:18 - 23 Oktyabr 2023 tarixində dərc olunub.

İsrailin hazırlaşdığı müharibənin yeni mərhələsi havadan, qurudan və dənizdən kompleks hücumu əhatə edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Nazir HƏMAS-a qarşı hərbi əməliyyatının üç əsas mərhələdə baş tutacağını açıqlayıb.

“Hazırda iştirak etdiyimiz hərbi əməliyyatın birinci mərhələsi HƏMAS-a qalib gəlmək və məhv etmək üçün yaraqlıları öldürmək və onların infrastrukturunu sıradan çıxarmaq məqsədi daşıyan hava hücumları və yerüstü manevrləri əhatə edir”, – nazir qeyd edib.

Nazir qeyd edib ki, ikinci mərhələdə hərbi əməliyyatlar davam edəcək, lakin daha az intensivliklə, üçüncü addım isə bu sahil anklavında yeni təhlükəsizlik rejiminin yaradılması olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası