İran hava hücumundan müdafiənin modernləşdirilməsi proqramı çərçivəsində "Karrar" döyüş pilotsuz təyyarəsinin təkmilləşdirilmiş versiyasını sınaqdan keçirib.
Ucnoqta.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Baş Qərargah rəisi və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı Məhəmməd Yusif Xoşqalb deyib. O, bildirib ki, “Məcid” qısa mənzilli “hava-hava” raketi ilə təchiz olunub.
Modernləşmədən əvvəl pilotsuz təyyarənin uçuş məsafəsi min km, sürəti 900 km/saat, yükgötürmə qabiliyyəti 500 kq, tavanı isə 7,5-12 km idi. Yeni xüsusiyyətlər barədə açıqlama verilmir.