"Azərişıq ASC" bir neçə ay öncə Salyanın qəsəbə və kəndlərində elektrik enerjisi sistemini yenidən qurub. Elə sakinlərin də problemlərin bundan sonra başlayıb
Ucnoqta.az xəbər verir ki, işlər keyfiyyətsiz görülüb. Belə ki, saytımıza müraciət edən Salyan rayon Şorsulu kənd sakinləri kabellərin təhlükəli qaydada çəkildiyini, işin keyfiyyətsiz görülməsi səbəbindən işıqlarının tez-tez söndüyünü bildiriblər. Belə ki, hava bir az çiskinli və ya yağmurlu olan kimi elektrik kəsilir.
Sakinlərin təqdim etdiyi fotolarda da kabellərin elektrik dirəklərinə təhlükəli formada çəkildiyi görünür. Bu isə gələcəkdə neqativ hallara səbəb ola bilər.