Qazaxıstanda Nazarbayev Kitabxanasının əvəzinə Prezident Mərkəzi yaradılıb

15:26 - 23 Oktyabr 2023 - DÜNYA

Qazaxıstan hakimiyyəti əvvəllər Astanada fəaliyyət göstərən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Kitabxanasının bazasında Prezident Mərkəzi yaradıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tengrinews xəbər agentliyi yazıb. Qeyd olunur ki, ölkənin bütün prezidentlərinin sənədləri burada saxlanılacaq.

Mərkəzin müstəqil Qazaxıstan prezidentlərinin tarixi irsinin qorunması, öyrənilməsi və təbliği ilə məşğul olacağı planlaşdırılır. 

Qazaxıstanın hazırkı prezidentinin tarixi-mədəni dəyərə malik şəxsi sənədləri də mərkəzə veriləcək.

Xəbər xətti