Yunanıstanın baş naziri Kiriakos Mitsotakis İsrailə səfər edib və orada tezliklə Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.
Baş nazir günortadan sonra Afinaya qayıdacaq, telekanal qeyd edib.
Mitsotakisin bazar ertəsi İsrailə səfər edəcəyi barədə əvvəlcədən məlumat verilməmişdi.