Ukrayna hakimiyyəti qışdan sağ çıxmaq üçün İndoneziyadan yüzlərlə elektrik generatoru istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Liputan6” portalı məlumat yayıb.
Məlumata görə, Ukrayna xarici işlər nazirinin müavini Anton Demekhin İndoneziya hakimiyyətinə müraciət edib. O, ölkənin qışdan çıxması üçün Ukraynaya bir neçə yüz elektrik generatoru verilməsini xahiş edib.
“Biz vəziyyəti anlamaq və onun fəsadlarına hazırlaşmaq üçün fürsətdən istifadə edirik. Aydındır ki, elektrik enerjisi kəsiləndə enerji istehsal etməyə kömək edəcək generatorlara böyük ehtiyac var... Hazırda bir neçə yüz generator çatışmır”, - deyə nazir müavini izah edib.
O, əlavə edib ki, bu dəfə onun İndoneziyadakı gündəliyinə ərzaq təhlükəsizliyi və taxılla bağlı təşəbbüslərin müzakirəsi daxildir.