Filippin Xarici İşlər Nazirliyi Çin dəniz polis gəmilərinin Cənubi Çin dənizində Filippin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin gəmiləri ilə toqquşmasına səbəb olan təhlükəli manevrləri ilə əlaqədar Çinin Maniladakı səfirliyinin rəsmisinə etiraz notası göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.
Filippin Xarici İşlər Nazirliyinin sözçüsü Teresita Dazanın sözlərinə görə, Çinin Filippindəki səfiri Huang Xilian Xarici İşlər Nazirliyinə çağırılıb, lakin Manilada olmadığı üçün nota onun müavininə verilib.
"Ayungin Şoal bizim eksklüziv iqtisadi zonamızın və kontinental şelfimizin bir hissəsidir və bizim onun üzərində suveren hüquqlarımız və yurisdiksiyamız var. Çin böyük güc kimi regionda sülh və sabitliyi təşviq etmək üçün böyük məsuliyyət daşıyır" - o, deyib.