ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemlərinin batareyasının və əlavə Patriot zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti tərəfindən yayılan Pentaqonun rəhbərinin bəyanatında deyilir.
Ostin qeyd edib ki, ABŞ prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək barədə qərar qəbul edilib. Eyni zamanda, o xatırladıb ki, ABŞ bundan əvvəl beş müşayiət gəmisi ilə "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisini, eləcə də "USS Dwight D. Eisenhower" aviadaşıyıcısını üç müşayiət gəmisi ilə Yaxın Şərqə göndərib.
“Mən həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə Patriot batalyonlarının yerləşdirilməsi əmrini vermişəm”, - müdafiə naziri bildirib.