HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Qəssam Briqadaları" İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərəkatın Teleqram kanalında dərc olunan bəyanatında deyilir. Qətərin səylərinə cavab olaraq, İzzəddin əl-Qəssam Briqadaları iki Amerika vətəndaşını - bir ana və qızını azad edib. Hərəkatın fikrincə, bu, humanitar məqsədlərlə Amerika xalqına və dünyaya ABŞ prezidenti Co Baydenin sözlərinin yalan və əsassız olduğunu sübut etmək üçün edilib.