ABŞ prezidenti Co Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd edildiyi kimi, ABŞ administrasiyası Konqresdən Ukraynadakı vəziyyətə və bununla bağlı xərclərə cavab vermək üçün 61,3 milyard dollar ayırmağı xüsusi olaraq xahiş edib. Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri vasitəsilə Ukraynaya dəstək üçün daha 798 milyon dollar, ABŞ Kosmik Qüvvələri vasitəsilə 7,5 milyard dollar ayrılması təklif edilir.
İsrailə 14,3 milyard dollar yardım təklif edilir.