Beyləqanda Dəyirmi Masa keçirildi - FOTO

19:04 - 20 Oktyabr 2023 - ÖLKƏ İÇİ

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən Beyləqan şəhər Gənclər Mərkəzində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində Dəyirmi Masa həyata keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Dəyirmi Masada Beyləqan Rayon İcra Hakimiyyətinin, müvafiq dövlət orqanlarının təmsilçiləri, Beyləqanda məskunlaşmış Qərbi Azərbaycan İcmasının nümayəndələri, gənclər və qadın təmsilçiləri iştirak edib.

Dəyirmi Masanı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli salamlama nitqi ilə açıq elan etmiş, layihənin məqsədləri və iştirakçıları barədə təqdimat edib. Daha sonra rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Abdullayev iştirakçılara layihənin məqsədləri barədə məlumat verib.

Təqdimatlardan  dərhal sonra layihə 44 günlük Vətən savaşında və antiterror əməliyyatında həyatlarını qurban verən qəhrəman Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edilib.

Bundan sonra Dəyirmi Masa öz işinə başlayıb. İlqar Hüseynli “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri, hədəfləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar verdi.

Dəyirmi Masa iştirakçılarına Konsepsiya sənədində yer alan problemin təsviri, hədəflər və yanaşma, planlama və icranın əsas mövzuları, beynəlxalq hüquqi çərçivə və zəmanət, icmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması, mülkiyyət məsələləri, re-inteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalar arası barışıq maddələri üzrə detallı məlumatlar təqdim olunub.

Daha sonra Beyləqanda məskunlaşan Qərbi Azərbaycan icmasının fəalları Rahilə Kazımova, Yusif Əliyev, Vidadi Məmmədov, İsgəndər Əkbərov, Turac Məmiyeva çıxış edərək Qərbi Azərbaycana Qayıdış Konsepsiya sənədinin vacibliyindən danışdılar. Natiqlər deportasiya zamanı üzləşdikləri dəhşətli erməni vəhşilikləri barədə xatərələrini bölüşdülər.


Xəbər xətti